Mühasib

  • ISR Management
  • Elanın qoyulma tarixi: 12.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat (Vəzifə öhdəlikləri):

  • 1C 8.3 ERP proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi,ezamiyyə və avans hesabatlarının hesablanması.
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
  • Vergi və mühasibat uçotun aparılması.
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların icra edilməsi.
  • Qaimə və hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi.
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
  • 6 günlük iş qrafiki
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
  • İş yeri Xocəsən qəsəbəsində yerləşir

Namizədə tələblər:

  • Yaş 21-45.
  • Cinsi Qadın/Kişi.
  • Təhsil – Ali iqtisadi təhsilli (Maliyyə, Mühasibat uçotu və audit) arzuolunandır.
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus ve ingilis dili bilənlərə üstünlük veriləcəkdir).
  • Mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı olması arzuolunandır.
  • 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı.
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
  • Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə
  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi .
  • Əmək haqqının hesablanması , ödənilməsi , dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları həyata kecirilməsi və nəzarəti.
  • Vergi, əmək qanunvericiliyi üzrə biliklər.
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli.

 

İş qrafiki-həftədə 6 gün (09-17:00 həftəiçi,şənbə günü 09-15:00).

Maaş haqqında – interview zamanı məlumat veriləcək.

 

ISR Management tərəfindən digər vakansiyalar