Mühasib

İşin təsviri

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablaşmaların qeydiyyatının aparılması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)
  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi

Tələblər:

  • Ali təhsil;
  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office xüsusən exceldə, 1C 8.2 8.3 proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
  • Stresə davamlılıq;
  • İngilis və Rus dilləri biliyi üstünlükdür;
  • Yaş həddi 35-ə qədər.

Əmək haqqı: 800-1200 manat, müsahibə zamanı namizədin bilik və bacarığına əsasən arta biləndir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq göndərilməsi xahiş olunur.