Vergi üzrə mütəxəssis

  • UHY Azerbaijan
  • Elanın qoyulma tarixi: 12.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi və maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların təqdim olunması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
  • E-qaimələrin göndərilməsi və onlayn kargüzarlıqla bağlı əməliyyatların həyata keçirilməsi;
  • Debitor və kreditorların uçotunun aparılması və qarşılıqlı üzləşmələrin həyata keçirilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Əməkhaqqı hesablanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Gündəlik əməliyyatların 1 C proqramında uçota alınması.

Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar: 

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübə;
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalı;
  • 1 C proqramından yüksək səviyyədə istifadə edə bilməli;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
  • Elektron portallarda işləmək bacarığı;
  • Analitik düşünmə bacarığı;
  • Azərbaycan dilini səlis bilməli (rus və ya ingilis dili biliklərinin olması üstünlükdür);
  • Mühasibatlıq sahəsində beynəlxalq sertifikatların (ACCA) olması üstünlükdür;

İş şəraiti:

  • İş vaxtı: 5 günlük iş rejimi;
  • İş yeri: Lökbatan qəsəbəsi.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 30.12.2023-ci il