Məhsul sahibi (Rəqəmsal Məhsullar)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 12.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Məhsulun konseptindən başlayaraq, araşdırma mərhələsinin həyata keçirilməsi, MVP meyarlarının təyin olunması;
  • Məhsulun bazara çıxışının, marketinq strategiyasının və bütün mərhələlərinin idarə olunması;
  • Məhsulun gəlir xərc modelinin hazırlanması, məhsul üzrə biznes məqsədlərin təyin olunması;
  • Məhsulun dəyər təklifinin formalaşdırılması;
  • Məhsulun strategiyasını, yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;
  • Rəqəmsal məhsullar üzrə məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;
  • Məhsul üzrə data analizinin aparılması və data analizi nəticlərənə əsasən məhsul qərarlarının verilməsi;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq, davamlı bilik paylaşımları etmək.

Sizdən nə tələb olunur?

  • 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes, maliyyə və ya İT)
  • Data analizi və data əsaslı qərarvermə bacarığı
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də bank işi anlayışına, malik olmaq.
  • Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
  • Komandada işləmə və komandanı idarə etmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi;
  • Dəyişikliklərin idarə olunması;
  • Rəqəmsal Transformasiya üzrə təcrübə;
  • Agile və ya Dizayn Thinking üzrə təcrübəyə və biliklərə sahib olmaq;
  • İngilis dili (Səlis)

İşəgötürənin reytinqi