Keyfiyyət üzrə mütəxəssis

İşin təsviri

Namizədə Tələblər:

  • Təhsil dərəcəsi: Bakalavr (Kimya, Biologiya, Qida sənayesi texnologiyası, Qida mühəndisliyi üzrə)
  • Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri üstünlükdür;
  • Qida məhsullarının istehsalı, idxalı, ixracı, pərakəndə sektorunda minimum 3 il təcrübə;
  • Dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti;
  • Problemləri həll etmə bacarığı
  • Nəticəyə yönəlik fəaliyyət;
  • Komanda işləmək bacarığı;
  • MS office, laboratoriya və istehsal texnologiyası;
  • İSO9001, İSO 22000, BRCGS, İFS, HACCP, İSO 17025, qida sahəsi üzrə digər təlimlər.

Vəzifə üzrə öhdəliklər:

  • Keyfiyyət idarəetmə, qida təhlükəsizliyi ilə bağlı təlimatların, formaların, prosedurların və yoxlanış siyahılarının hazırlanmasını təmin etmək; 
  • İstehsal, anbar, satış məntəqələri və digər sahələrdə gigiyena və qida təhlükəsizliyi tələblərinə nəzarət etmək;
  • Xammal, su ,hazır məhsulun mikrobioloji, bakterioloji, fiziki-kimyəvi və s. analizlərinin aparılmasını planlı şəkildə həyata keçirmək;
  • Məhsulların anbar şəraitində tələblərə uyğun saxlanılmasına nəzarət;
  • Məhsulun qida təhlükəsizliyi,sertifikatlaşma tələblərinə uyğun istehsalı prosesinə nəzarət;
  • Tədarükçü auditlərini aparmaq;
  • Ziyanvericilərə qarşı mübarizə sisteminə nəzarət etmək;
  • Qida sahəsində çalışan personala qida təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi.
  • Yerli və beynəlxalq idarəetmə sistemlərinin tələblərinə uyğun texnoloji proseslərə nəzarət etmək;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Neftçala rayonu
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Keyfiyyət üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi