Dizayner

  • Archia
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 2D qrafika /animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması;
  • SMM postları üzrə qrafik və motion dizaynları hazırlamaq;
  • Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
  • Müxtəlif kommunikasiya kanalları üçün qrafik kompozisiyaların uyğun ölçüyə salınması;
  • Son dizayn trendləri ilə işləmək və onlara uyğunlaşmaq;
  • Hərəkət qrafikinin köməyi ilə xüsusi məlumatları və mücərrəd fikirlərin vizuallaşdırılması;
  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında həyata keçirmək.
  • Məhsulların əmtəə nişanının (logo) və marka adının hazırlanması;
  • Məhsul adı və kateqoriyasına uyğun olaraq sloqanın yaradılması;
  • Hazır olan eskizlərin 3D görüntüsünün hazırlanması;
  • İstehsal olunacaq məhsulun çeşid və ya içliyinə uyğun materialların tapılaraq hazırlanması və məhsulun dizayn konseptinin müəyyənləşdirilməsi;
  • Məhsula uyğun personajların hazırlanması;
  • Məhsulun texniki göstəricilərinə və tərkibindəki maddələrə görə müvafiq piktoqramların yaradılması;
  • Məhsulun müqayisəli seçimi üçün 3 müxtəlif variantın hazırlanması;
  • Məhsulların bazar rəqiblərinin araşdırılması və vitrin formasının hazırlanması;
  • Seçilmiş məhsulun maket formasının hazırlanması;
  • Mətbəələrlə sıx kommunikasiya və çap işlərinin təqib olunması;
  • Məhsulun texniki sənədlərinin hazırlanması.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus dilində səlis yazılı və şifahi biliklərə malik olmaq; ingilis dili biliyi arzuolunandır;
  • Qrafik dizaynla bağlı sertifikat və ya kurs keçmiş namizədlərə üstünlük verilir;
  • Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects və Adobe Premiere Pro proqramları üzrə biliklərə sahib olmaq;
  • Ünsiyyət qurma bacarığı;
  • Detallara qarşı diqqətli olmaq;
  • Yeniliklərə açıq olmaq;
  • Yaradıcı və məsuliyyətli olmaq;,
  • Verilən tapşırıqları təyin olunmuş vaxt çərçivəsində icra etmək bacarığı.

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Əmək haqqı: 1500-2000 AZN. 

Maraqlanan namizədlər email ünvanına “Dizayner” başlığı ilə müraciət edə bilər. Müraciətə yenilənmiş CV və Portfolio mütləq şəkildə əlavə olunmalıdır.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.