Avtomobil təmiri üzrə usta

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin məqsədi: Avtomobil, golf maşını, yük qaldırcı və yük daşıyıcı maşınlarının təmiri

Tələblər:

  • Orta ixtisas və ya peşə təhsili;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;

Vəzifə (peşə) funksiyaları:

  • Bütün işlərin Norm ASC-nin Sağlamlıq və Təhlükəsizlik Siyasətinə uyğun yerinə yetirilməsi;
  • Avtomobil, golf maşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının bütün  düyün və aqreqatlarının quruluşunu, iş prinsiplərini, onlarda yaranmış problemlərin aradan qaldırılması prinsiplərini bilməli və iş zamanı onlara riayət etməli;
  • Müayinə və ya təmir zamanı ayrılmalı (sökülməli) olan detalların xüsusiyyətini bilməli;
  • Müayinə və ya təmir üçün tələb olunan alət növləri ilə işləməyi bacarmalı;
  • Qaldırıcı qurğuların iş prinsipini bilməli;
  • İstifadə etdiyi alətlərin və qaldırıcı qurğuların işlək vəziyyətdə olmasına nəzarət etməli;
  • Təmir məntəqəsində lazımi alətlərin və ehtiyat hissələrinin mövcudluğuna nəzarət etməli;
  • Lazımi olduqda təmir məntəqəsinin digər ustalarına müayinə zamanı köməklik göstərməli;
  • Müayinə və ya təmir zamanı avtonəqliyyat vasitəsinin cızılmaması, hər hansı zədə almaması və ya çirklənməməsinə ciddi diqqət etməli;
  • Ona tapşırılmış işi vaxtında və məsuliyyətlə yerinə yetirməli;
  • Nəqliyyat vasitələrində aparılan təmir işləri bitdikdən sonra həmin nəqliyyat vasitəsini idarə edərək yoxlamalı və baş vermiş və ya aşkarlanmış problem və nöqsanları aradan qaldırdıqdan sonra nəqliyyat vasitəsini sahibinə təhvil verməli;
  • Məntəqəyə təmir məqsədilə yaxınlaşan avtomobil, avtoyükləyici, golfmaşını, yük qaldırıcı və yük daşıyıcı maşınlarının tam müayinə edilməsi. Aşkar olunan nasazlıqla bağlı birbaşa rəhbərin məlumatlandırılması;
  • İş yerinin səliqəli və təmiz saxlanmasına ciddi riayət etməli;
  • İstənilən şikayət və anlaşılmazlıq zamanı təmkinli və nəzakətli olmalı;
  • İş şəraitindən asılı olaraq müstəqil qərar qəbul etməyi bacarmalı;
  • Heyətlə işləməyi bacarmalı;
  • İş yerində təhlükəsiz iş şəraitlərinə riayət etməli;
  • Daxilli intizam qaydalarına riayət etməli;
  • Birbaşa rəhbərinin digər şifahi və yazılı xidməti tapşırıqlarını yerinə yetirməlidir.

CV-ni müraciət etdiyiniz vəzifənin adını (Avtomobil təmiri üzrə usta) məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Tikinti şirkəti tərəfindən digər vakansiyalar