Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssis

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  • Hesabat verir: Məhsul və Marketinq Departamentinin Direktoru
  • İş Qrafiki: 1-5 günlər, 9:00-18:00
  • Əmək haqqı:Müsahibə əsasında.
  • Müqavilə müddəti:3 ay sınaq müddəti ilə 1 illik bağlanır.
  • İş yeri: Ünvan -Cəfər Cabbarlı küç, 609, “Globus Center” 12-ci mərtəbə, Bakı, Azərbaycan AZ1065
  • Əlaqə nömrəsi: *0713

Əsas Vəzifə və Öhdəliklər:

  • Bütün rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq, fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək
  • Rəqəmsal kanallar vasitəsilə məhsulların potensial hədəf kütləsinə çatdırılmasını və istifadəsinin artırılmasını təmin etmək;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;
  • Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təklifləri hazırlamaq, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
  • Banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək;
  • Şirkət saytlarının və tətbiqin mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətini təmin etmək;
  • Yenilikçi funksional təkmilləşdirmələr və strategiyalar vasitəsilə müştəri artımına təkan vermək üçün müxtəlif komandalarla mütəmadi olaraq işbirliyi etmək;
  • Rəqəmsal Marketinq büdcəsini idarə etmək;
  • Google Ads kampaniyalarının yaradılması və idarə edilməsi;
  • Google Analytics ilə veb analizin aparılması, uyğun fəaliyyətin planlanması;
  • A/B testlərin edilməsi və nəticələrin analizi;
  • SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyalarının yaradılması və düzgün hədəf auditoriyalara çatdırılması;

Əsas Tələblər və Bacarıqlar:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üzrə)
  • Rəqəmsal marketinq üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Meta Ads, Google Ads üzrə təcrübə;
  • Analitika alətləri üzrə biliklər;
  • Email marketing üzrə təcrübə;
  • SEO üzrə biliklər;
  • İngilis dili səlis, rus dili biliyi orta səviyyədə;
  • Bazar, rəqib və istehlakçı təhlili üzrə texniki təcrübə
  • Yaxşı planlaşdırma və təşkilati bacarıqlar
  • Marketinq strategiyalarının və planlarının işlənib hazırlanmasında təcrübə
  • Yaxşı ünsiyyət bacarıqları
  • Müştəriyönümlülük

 

İşəgötürənin reytinqi