Təmir - tikinti və energetika şöbəsi üzrə elektrik

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 07.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Müxtəlif sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
  • Transformator yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
  • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
  • Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
  • Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
  • Elektrik avadanlıqlarının istismarı üzrə xidmətlər təhlükəsiz yerinə yetirmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsindəiştirak etmək;
  • Aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə aidiyyəti üzrə məlumat vermək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Sahə üzrə orta ixtisas / ilk peşə təhsili;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır).

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, problem həll etmə bacarıqları;
  • Elektrik idarəetmə aparatlarının iş prinsiplərini bilmək;
  • Elektrik sxemlərini tərtib etmək və quraşdırmaq bacarığı;
  • Elektrik mühərriklərinin, güc, gərginlik və cərəyan transformatorlarının quruluşunu, birləşmə qruplarını və iş prinsipini bilmək;
  • Birxətli və prinspial sxemləri oxumaq və elektrik dövrələrində qüsurları aşkar etmək bacarığı;
  • ETQ və TİQ sahəsində biliklərə malik olmaq.

İş qrafiki: Növbəli

İşəgötürənin reytinqi