Aparıcı mühasib

İşin təsviri

İş barədə məlumat:

  • 1C 8.3 proqramında müəssisələrin uçotunu aparmaq;
  • ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Müəssisənin aktivləri və öhdəlikləri, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək.

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Ə/H 1000 (əlavə olaraq, hər ay səriştə əsaslı performans göstəricilərinə əsasən bonus sistemi tətbiq olunur).

Namizəd üçün tələblər:

  • Mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı;
  • Ali təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı,
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi,
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
  • Yaş həddi 21 - 40 aralığında
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus dili bilənlərə üstünlük veriləcəkdir)
  • Məsuliyyətli, ünsiyyətcil, pozitiv, cəld, operativ və komanda ilə işləmə bacarığı

 

Namizədlərdən “cv”-lərini [email protected] elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

 

 

Regency Consulting and Tax Solutions tərəfindən digər vakansiyalar