İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mətbəxin idarə edilməsi və təmizliyinə nəzarət;
- Verilən tapşırıqların vaxtında yerinə yetirmək;
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, həmçinin tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Təmizliyə və gigiyenik qaydalara ciddi şəkildə əməl etmək;
- Yeməklərin vaxtında hazır olmasını təmin etmək.
Tələblər:
- Gülərüz, komandada işləməyi bacarmalı;
- Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmalı;
- Təcrübəli olmalı;
- Tərtib olunmuş menyuya əsasən yeməkləri hazırlaya bilməli;
- Salatları və isti (qazan yeməkləri) yeməkləri hazırlamağı bacarmalı;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
- Xanım namizəd
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
- İş qrafiki: Həftədə 5 gün 10:00 dan 15:00-a qədər.
- Nahar şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Aşbaz” qeyd edərək CV formasını elektron ünvanına göndərə bilərlər.