Xəzinədar

İşin təsviri

Əsas vəzifələri:

  • Təhvil-təslim aktlarının və ödəmə hesabatlarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasının və imzalanmasının təşkil edilməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Daxili hesabatların, bank sənədlərinin proqram bazasına işlənməsi;
  • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi, mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
  • Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabdakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Tələb və bacarıqlar:

  • Orta ixtisas/Ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi (Müvafiq sahədə);
  • Azərbaycan dilini bilmək (Rus dili arzuolunandır);

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı 800-1000 AZN

Uyğun namizədlər CV-lərini email ünvanına göndərə bilər.