Keyfiyyətə nəzarət üzrə mühəndis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 04.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • Kimya texnologiyası və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi,
  • Əlaqədar sahə üzrə 1-2 il iş təcrübəsi və ya davamlı olaraq təcrübə proqramlarında iştirak,
  • Yaxşı səviyyədə ingilis dili biliyi,
  • Analitik düşüncə,
  • Effektiv kommunikasiya bacarığı,
  • MS Office proqramı üzrə bacarıqlar.

Vəzifə və Öhdəliklər:

  • Gündəlik olaraq sahəyə daşınan xammallardan nümunələrin alınma prosesinə və analizlərin vaxtında olunmasına nəzarət etmək;
  • Sahəyə daşınan xammalların analizləri əsasında qəbul olunan və imtina olunan miqdarlarla bağlı hesabatlar hazırlamaq;
  • Cihazlarda aparılan analizlərin düzgünlüyünə nəzarət etmək, illik yoxlanmasını təşkil etmək;
  • Keyfiyyət standartlarını izləmək və dəyişikliklərlə bağlı birbaşa rəhbərə məlumat vermək;
  • İstehsal prosesi zamanı nümunə götürülmə sıxlığının və analiz nəticələrinin keyfiyyətə nəzarət planına uyğunluğuna nəzarət etmək;
  • Məhsulun keyfiyyəti ilə bağlı iclaslardan çıxan qərarların hesabatını hazırlamaq, qərarlarla bağlı fəaliyyətləri həyata keçirmək və digər şöbələrlə paylaşmaq;
  • Cihazların illik və ya aylıq daxili və xarici kalibrasiyalarının olunmasını təşkil etmək və kalibrasiya sertifikatlarının düzgünlüyünə nəzarət etmək;
  • Kimyəvi analiz üçün laboratoriyaya təqdim olunan nümunələrin analiz ardıcıllığını planlamaq
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
  • Laboratoriyanın hər il xarici şirkətlər tərəfindən keçirilən laboratoriyalar arası sınaq forumlarında iştirakını təşkil etmək;
  • Məhsul keyfiyyətindəki uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
  • Şöbənin iş qrafikinin, məzuniyyət planının hazırlanması;
  • Şöbədəki işçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlər keçirilməsi;

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 16.12.23

İşəgötürənin reytinqi