Marketinq Meneceri

  • iMotors
  • Elanın qoyulma tarixi: 01.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil(Biznesin idarə edilməsi, Marketinq və s.);
  • Marketinq sahəsində ən azı 3 il təcrübə olmalı;
  • Azərbaycan, rus və ingilis dillərini səlis bilməli;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
  • Reklam, PR və SMM alətləri üzrə bilikləri olmalı.

Vəzifə öhdəlikləri:

  • Marketinq üzrə layihə planlarının hazırlanması;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsi;
  • Marketinq materiallarının təmin edilməsi (Promo və print);
  • Brend tanıtımının ölçülməsi və yüksəldilməsi ilə bağlı yeni təkliflərin hazırlanması.
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
  • Sosial media marketinqi, e-poçt marketinqi və onlayn reklamda daxil olmaqla rəqəmsal marketinq strategiyalarına nəzarət etməsi və trendi izləyərək kontent yaratması;
  • Marketinq səylərini ümumi biznes məqsədlərinə uyğunlaşdırmaq üçün satış departamenti ilə əməkdaşlıq etməsi;
  • Tədbirlərin təşkil edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1939-2366 AZN + bonus;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Babək pr.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.