Analitik

  • AZE Project
  • Elanın qoyulma tarixi: 01.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici mərkəzlərlə münasibətlərin inkişaf etdirilməsi;  
  • Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq siyasi və iqtisadi tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;  
  • Yerli və dünya mediasının müntəzəm surətdə izlənilməsi, təhlili;
  • Hesabatların hazırlanması;
  • Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirilməsi
  • Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində mərkəz tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərdə iştirak;

Tələblər:

  • AR vətəndaşlığı; 
  • Ali təhsil; (Beynəlxalq münasibətlər, ictimai münasibətlər, regionşünaslıq, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil)
  • 23-35 yaş; 
  • Beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsi üzrə bilik;
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 1800-2000 AZN

Uyğun namizədlər, CV-lərini qeyd olunan ünvana göndərə bilərlər.