İşin təsviri
                
                
                                
                İşin təsviri:
	- Sifarişçilər və partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;
 
	- Layihələrin vaxtı-vaxtında icrasına nəzarət, komandaların koordinasiyası;
 
	- Korporativ qaydalara uyğun yazışmaların aparılması;
 
	- Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada işin qurulması;
 
	- Yeni tərəfdaşların axtarışı və əməkdaşlığa cəlb edilməsi;
 
	- Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması.
 
Namizəd üçün tələblər:
	- Humanitar və ya iqtisadi sahədə ali təhsil (Beynəlxalq münasibətlər, Layihələrin idarə olunması, Beynəlxalq iqtisadi münasibətlər, İctimaiyyətlə əlaqələr, Biznes Administrasiyası, İdarəetmə, Turizm kimi ixtisaslara üstünlük verilir)
 
	- Araşdırma, analitik yazı, diplomatik və təqdimat bacarıqları
 
	- Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq başqa avropa və şərq dillərini bilənlərə üstünlük veriləcək)
 
	- Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya
 
	- MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə
 
	- Müvafiq və ya bənzər istiqamət üzrə iş təcrübəsi (minimum 6 ay)
 
	- İş təcrübəsi olmayan namizədlər arasından təhsil səviyyəsinə (xarici təhsil müəssisələrində təhsil almış namizədlərə üstünlük verilməklə) görə seçim edilə bilər
 
	- Nizam-intizamlı, gərgin iş rejimində işləmə bacarıqları
 
	- 22-30 yaş arası namizədlərə üstünlük verilir 
 
İş şəraiti və əmək haqqı:
	- Ofis daxilində iş, xaricə səfərlər
 
	- Əmək haqqı minimum 1800 AZN olmaqla namizədin iş təcrübəsi və şəxsi keyfiyyətlərinə görə müəyyən edilir.
 
Vakansiyaya uyğun namizədlərin öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Göstərilmiş kriteriyalara uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq.
Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.