Avtomatika mühəndisi

  • Avrora
  • Elanın qoyulma tarixi: 29.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə salınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • İstehsalatda avtomatika və elektronika ilə bağlı problemlərin həll edilməsi;
  • Prosses xətalarının analiz edilməsi və həmin zaman ərzində prossesin müşahidə edilməsi;
  • İstehsal sahəsində quraşdırılmış Nəzarət və Ölçü cihazları (İnstrumentation and Control Devace) ilə müstəqil işləməyi bacarmalı;
  • Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
  • Elektron dövriyyələrdəki aktiv və passiv elektron elementlərini əzbər bilməli və platalarda baş verən nasazlıqları diaqnostika etməyi bacarmalı; 
  • Kritik səviyyə istisna olmaqla,bəsit və orta səviyyəli proqramın təminatına müdaxilə edilməsi;
  • VFD,SDEP drive PLC,DCS,SCADA sistemlərinə təmas edilməsi və onların alqoritmik quruluşunun təhlil edilməsi;
  • İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı;
  • Gün ərzində görülən işlərlə bağlı rəhbərliyin məlumatlandırılması;

Tələb olunan bilik və bacarıqlar:

  • Diqonistika cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • PLC,DCS,SCADA sistemləri haqqında biliklər;
  • Ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • İstehsal sahəsində çalışma imkanının olması;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali bakalavr (texniki sahə üzrə); 
  • İş təcrübəsi: Tələb olunan sahədə 3-5 il iş təcrübəsi (İstehsal sahəsi üzrə təcrübə üstünlükdür);
  • Rus və İngilis dili biliklərinin olması arzuolunandır;

İş şərtlərimiz:

  • İş qrafiki : 5 günlük;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Nahar və servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Sağlamlıq sığortası;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Avtomatika mühəndisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi