Böyük Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Cəmiyyətin bütün korporativ sənədlərinin tərtib edilməsində iştirak edir, o cümlədən Cəmiyyətin idarə edilməsi ilə bağlı tələb olunan bütün zəruri  qayda , sistem və mexanizmlərin tərtib edilməsində iştirak edir və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Cəmiyyətdə satınalmalar, kadrlar, maliyyə və mühasibatlıq sənədlərini qanunauyğun şəkildə hazırlanmasına və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;
• Lazım gəldikdə Cəmiyyətin maraqlarını məhkəmələrdə, digər dövlət, qeyri-dövlət, sosial və özəl təşkilatlarda təmsil etmək;
• Kommersiya (məhdud məsuliyyətli, əlavə məsuliyyətli və səhmdar cəmiyyətlərinin ) və qeyri-kommersiya hüquqi şəxslərin (ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları və s.) təsis (yaradılması) edilməsi ilə bağlı zəruri işlər görür;
• Cəmiyyətin filial və nümayəndəliklərinin təsis edilməsi, habelə onların dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görür;
• Qeydə alınmış filial və nümayəndəliklərin əsasnamələrinin tərtib edilməsi və yuxarı instansiya orqanı tərəfindən təsdiqini təmin edir;
• Qeydə alınmış filial və nümayəndəliklərin rəhbərlərinin təyin edilməsinin sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması və onlara həvalə edilən səlahiyyətlərin həddinin müəyyən edilməsi ilə bağlı zəruri işlər görür;
• Dövlət orqanları və bələdiyyə idarələri tərəfindən  tələb olunan hüquqi sənədləri təqdim edir, geri alır, imzalayır və lazım gəldikdə, dövlət rüsumlarını ödəyir;
• Cəmiyyətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamə kapitallarının onların iştirakçılarının əlavə payları hesabına artırılmasının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınmasını təmin edir;
• Cəmiyyətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamə kapitallarının artırılıb, azaldılması ilə bağlı tələb olunan zəruri işlər görür;
• Korporativ qiymətli kağızların buraxılışının dövlət qeydiyyatının aparılmasını təmin edir;
• Şirkətin və onun törəmə təsərrüfat cəmiyyətlərinin qanunvericiliyə və onun nizamnaməsinə uyğun olaraq idarəetmə modelinin seçilməsində əlverişli hüquqi tövsiyələrin verilməsi və onun təsdiqinin rəsmiləşdirilməsi ilə bağlı zəruri işlər görür;
• Seçilmiş və yaxud təyin edilmiş idarəetmə orqanları rəhbərlərinin səlahiyyət müddətlərinin axınına nəzarət edir, yenidən seçilmələri və yaxud təyin edilmələrinin sənədləşdirilməsini təmin edir;
• Lazım olduqda Səhmdarların (payçıların, iştirakçıların) ümumi yığıncaqlarının (İllik Ümumi Yığıncaq) keçirilməsi ilə bağlı hüquqi müşayiətin həyata keçirilməsini təmin edir;
• Müşahidə Şurasının iclaslarının üç ayda bir dəfədən az olmamaqla keçirilməsi və həmin iclasların protokollaşdırlması ilə bağlı hüquqi məsləhətlərin verir, protokolların həm kağız, həm də elektron formada uçotunun aparılmasını təmin edir;
• Kollegial icra orqanın iclaslarının qanunvericilikdə və yaxud şirkətin nizamnaməsində nəzərdə tutulduğu müddətlərdən gec olmayaraq keçirilməsi və həmin iclasların protokollaşdırılması ilə bağlı zəruri işlər görür;
• Cəmiyyətin özünün, habelə onun törəmə təsərrüfat cəmiyyətlərinin xüsusi əhəmiyyətli əqdlərin bağlanmasının tənzimlənməsi məqsədilə hədlərin müəyyən edilməsi sahəsində uyğun hüquqi məsləhətlərin verir;
• Cəmiyyətin özünün, habelə onun törəmə təsərrüfat cəmiyyətlərinin əlaqəli şəxsləri ilə əqdlərin bağlanmasına səlahiyyətli yuxarı instansiya orqanın razılığının verilməsini sənədləşdirir;
• Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin təsis sənədlərinin tərtib edilməsi və onların dövlət qeydiyyatına alınmasını təmin edir;
• Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin qeydə alınmış faktlarının sonrakı dəyişikliklərinin tərtib edilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı zəruri işlər görür;
• Cəmiyyətin törəmə təsərrüfat cəmiyyətlərinin daxili əsasnamələrinin, prosedur və qaydalarının tərtib edilməsi və (və yaxud) onların tətbiq edilməsi ilə bağlı uyğun hüquqi məsləhətlər verir;
• Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin qəbul edilmiş korporativ sənədlərinin vahid formada icra edilməsinə nəzarət edir;
• Cəmiyyətin və yaxud onun törəmə təsərrüfat cəmiyyətlərinin korporativ sənədlərinin reyestrinin aparılması və depozitar saxlanmasını təşkil edir;
• Cəmiyyətin və ya onun törəmə cəmiyyətlərinin fəaliyyətinin hüquqi müşayiəti və belə fəaliyyətlərə hüquqi dəstək verilməsi ilə əlaqədar hər hansı digər işləri yerinə yetirir;
• Cəmiyyətin törəmə təsərrüfat cəmiyyətlərinin hüquqşünaslarının hesabatlılığını, görüşlərin təşkil edilməsini koordinasiya edir və nəticələrinin uçotunu aparır;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətin, rəy və arayışların verilməsini təmin edir;
• Hüquq Departamentinin direktorunun işin mahiyyətinə uyğun olaraq müvafiq göstərişlərini icra edir.

Tələblər:

• Hüquq sahəsində bakalavr təhsili (magistr təhsili arzuolunandır);
• Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi;
• Bank və ya digər maliyyə təşkilatlarında iş təcrübəsi arzuolunandır;
• Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Dəqiqlik və məsuliyyət hissi;
• Dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti;
• Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
• Kompüter  biliyi (MS Word, Excel, Powerpoint, Outlook, Internet və s.);
• Gərgin iş rejimində işləmək bacarığı.

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 30 dekabr 2013-ci il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Böyük Hüquqşünas). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];

Faks: +99412 597 30 39


Vision Fund AzerCredit LLC is seeking a Senior Legal Officer for its Head Office
Vision Fund AzerCredit LLC (AzerCredit), which is one of the largest micro-credit organizations in Azerbaijan, helps develop the economy of the country by providing credit to small entrepreneurs so that they can grow their businesses and improve their economic situation. As an employer, the company is investing in its human resources through contemporary trainings and providing excellent working atmosphere and building staff capacity in order to plant the seeds of more successful future. AzerCredit is currently seeking a Senior Legal Officer for its Head Office. Female candidates are encouraged to apply.

Key Responsibilities:

• Participates in the preparation of all corporate documents of the Company, including preparation of all necessary rules, systems and procedures required for management of the Company and, if necessary, expresses his/her endorsement (by signing on the relevant parts of documents);  
• Manages lawful preparation and circulation of procurement, human resources, financial and accounting documentation, ensures provision of legal advice and puts forward effective proposals;
• When it’s necessary represents interests of the Company in courts of law, other governmental offices as well as social and private organizations.
• Takes necessary actions to establish commercial (limited liability and additional liability companies and joint stock companies) and non-commercial entities (public unions, foundations, legal entity unions);
• Takes all actions needed for establishment, as well as state registration of the Company’s branches and representative offices; 
• Ensures preparation of regulations of the registered branches and representative offices and their approval by relevant state authorities;
• Takes necessary actions to document the appointment and state registration of the heads of registered branches and representative offices and identify limits of the powers granted to them;  
• Furnishes, receives back and signs legal documents required by state authorities and municipalities and if needed, pays state duties;   
• Ensures that increase of charter capitals of the Company and its subsidiaries through additional shares of their shareholders is documented and registered; 
• Takes necessary actions required for increasing or decreasing of charter capitals of the Company and its subsidiaries;
• Ensures state registration of corporate securities issue;
• Takes necessary actions to provide favorable legal advices for identification of the management model of the Company and its subsidiaries corresponding to law and its charter and to document its approval;  
• Supervises office terms of elected or appointed managers, ensures that their election or appointment is appropriately documented;   
• Provides legal accompaniment on holding general meeting of stockholders (shareholders, participants) when it is necessary.      
• Provides legal advices on holding meetings of the Supervisory Board at least once in a three- month period and keeping records of such meetings, ensures that minutes of such meetings are kept both electronically and in hard copies;
• Takes necessary actions to hold meetings of the collegiate executive body no later than the periods as specified by law and in the Company’s charter and to keep records of such meetings; 
• Provides relevant legal advices to identify limits for regulating special importance transactions of the Company, as well as its subsidiaries; 
• Ensures that approval of the authorized agency of higher instance on concluding transactions with related persons of the Company, as well as the Company’s subsidiaries is documented;
• Ensures preparation and state registration of foundation documents of the Company and its subsidiaries;
• Takes necessary actions to prepare and register subsequent amendments to the registered records of the Company or its subsidiaries;
• Provides relevant legal advices on development and/or application of internal regulations, rules and procedures; 
• Ensures that approved corporate documents of the Company or its subsidiaries are executed in an integrated manner;
• Organizes registration and safe custody of corporate documents of the Company and its subsidiaries;
• Takes any other actions needed for legal accompaniment and legal support of the Company and its subsidiaries; 
• Coordinates reporting by the lawyers of the Company’s subsidiaries and organization of meetings and keeps records of results;   
• Ensures provision of legal advices, opinions and references;
• Performs relevant instructions of the Head of Legal Department according to the substance of the case.
 
Requirements:

• Bachelor’s degree in law (Master’s degree is preferable);
• At least 2 year work experience in law;
• Experience in banks and MFIs is desirable;
• Communication and negotiation skills;
• Ability to work in a team;
• Punctuality and responsibility;
• Ability of quick adaptation;
• Fluent in Azerbaijani and English;
• Computer skills (MS Word, Excel, PowerPoint, Outlook, Internet and etc.);
• Ability to work under pressure.

Vision Fund AzerCredit works in a competitive environment and seeks dynamic candidates who enjoy taking initiative and improving performance. Candidates are required to submit AzerCredit’s Application Form until December 30, 2013. AzerCredit’s electronic Application Forms can be submitted via e-mail outlined below.

The Application Form can be downloaded from http://azercredit.az/en/career/how_to_apply web-page or picked up from AzerCredit’s Head Office.

Please indicate the name of the position you are applying for in the subject line of the email (Senior Legal Officer for Head Office). Otherwise the candidacy will not be considered in the review process of the applications collected.

Please be advised that only shortlisted candidates will be invited to the further stages of the recruitment procedure (test & interview).

E-mail: [email protected]

Fax: (994 12) 597 30 39;