Saat proyekti üzrə Product Manager

İşin təsviri

İş barədə məlumat

  • Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;
  • Aylıq olaraq Satış kollektivinə satış olunan məhsullar haqqında treninqlər keçirmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək, saat haqqında biliklərini imtahan etmək.
  • İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqləmək;
  • Yeni brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlamaq;
  • Hər gün mağazaları ziyarət etmək, satış kollektivinə motivasiya vermək.  
  • Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək və rəhbər ilə təsdiqləmək;
  • Bütövlükdə mağazaların, xüsusilə satış vitrinlərinin dizaynı və tərtibatına, məhsulun vitrində düzülüşünə dair təkliflər vermək və qorumaq, məhsul displeylərinin komplektləşdirilməsinin təşkil etmək;
  • Servis mərkəzinə həftəlik  görüş keçirtmək və problemləri araşdırmaq;
  • Anbara həftəlik vizitlərin etmək və yararsız məhsulların təyin etmək;
  • Mağazalardan servisə gedən saatlar haqda məlumat almaq;
  • Stokun idarə edilməsi və nəzarət;

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə)
  • Ticarət -idarəetmə - marketinq menecment sahəsində minimum 3 il təcrübəsi olmalı
  • Ünsiyyətcil, düşüncələrini  ifadə edə bilməli, şifahi nitq qabiliyyəti olmalı
  • Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli
  • MC Office Excel, Outlook və 1C proqramlarının yüksək səviyyədə biliyi
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını bilməli
  • Təlim keçirmə bacarığı
  • İşgüzar əlaqələrin qurulması qaydalarını bilməli
  • Data analiz etmə bacarığı

İş şəraiti:

  • İş günləri: 5 gün iş, 2 gün istirahət
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı: minimum 1000 AZN +%