Hesablaşmalar şöbəsinin mütəxəssisi

  • MPAY QSC
  • Elanın qoyulma tarixi: 27.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə qoyulan tələblər:

  • İqtisadiyyat&Maliyyə&Biznes təhsili (magistr dərəcəsi olanlara üstünlük veriləcək)
  • Elektron pulqabı(E-Wallet) sahəsində anlayışlı olmalı
  • MS Office bilikləri 
  • Rus& İngilis dili arzuolunandır
  • 1 C proqramını bilən əməkdaşa üstünlük verilir
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı

Vəzifə öhdəlikləri:

  • Provayderlərlə aylıq üzləşmələrin, qarşılıqlı hesablaşmaların aparılması.
  • Uğursuz ödənişlərin və öhdəliklərin aparılması, yekun aktların tərtibi.
  • Elektron pulqabı üzrə üzləşmələri (Ekvayer bank-Millikart və Modenis arasında üzləşmələr) aparmalı
  • Agentlərlə üzləşmələri aparmalı
  • 1 C proqramında olan aylıq inkassasiya ilə portal proqramı arasında İnkassasiyya üzləşmələrinin aparılması
  • Dövri maliyyə hesabatlarının tərtibinində iştirak edilməsi 

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  •  Korporativ sosiallaşmanın təşkili

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Hesablaşmalar şöbəsinin mütəxəssisi” yazılmalıdır.