Marketinq meneceri

İşin təsviri

Təsvir:

  • Biznes fəaliyyətinə uyğun olaraq mağaza daxili marketinq strategiyalarının hazırlanması və icra edilməsi;
  • Satışların artırılması və mağazaya müştərilərin cəlbi istiqamətində kampaniya konseptlərinin hazırlanması, planlaşdırılması və icrasına nəzarət edilməsi;
  • Hədəflənən kütlənin marağına uyğun olaraq cəlbedici rəflərin hazırlanması;
  • Müştəri sədaqətini və cəlbedilməsini artırmaq üçün promoların və tədbirlərin təşkil edilməsi;
  • Marketinq fəaliyyətinin təşkili üçün digər funksional bölmələrlə əməkdaşlığın aparılması;
  • Qlobal və yerli bazar trendlərinin izlənilməsi, müştəri davranışlarının öyrənilməsi;
  • Mağazadaxili marketinq fəaliyyətinin büdcəsinə nəzarət və idarəedilməsi;
  • Fəaliyyət nəticələrinin analizi və müvafiq düzəlişlərin edilməsi;

Tələblər:

  • Ali təhsil (Marketinq vəya biznesin idarəedilməsi üzrə);
  • Aidiyyatı sahədə minimum 1 ildən 3 ilə qədər iş təcrübəsi; (retail sahəsində marketinq menecmenti üzrə iş təcrübəsi arzuolanandır).
  • Yüksək ünsiyyət bacarığı;
  • Problemlərin həlli üzrə yaradıcı və strateji düşünmə qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki -I-V

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi