Mühasib

  • Baku Pay
  • Elanın qoyulma tarixi: 24.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • 5 günlük iş qrafiki həftədə 2 gün istirahət
  • İş Saatı 09:00-18:00 dək
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
  • Əmək haqqı: 1000- Azn

Namizədə tələblər:

  • Yaş 25 – 55
  • Cins : Qadın//Kişi
  • Bank və ya BOKT sahəsində təcrübəsi olması arzu olunandır
  • Vergi,statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili
  • DSMF: Vahid Bəyənnamə
  • STATİSTİKA HESABATLARI
  • Əmək hesabatı
  • İKT hesabatı
  • İnvestisiya hesabatı
  • Vergi və mühasibat uçotunun aparılması
  • 1C (7.7, 8.3) proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
  • Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
  • Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əmək haqqı,Məzuniyyətlərin hesablanması
  • BTP, 1C(7.7, 8.3), Excel, Word proqramlarından yaxşı istifadə etmək
  • E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
  • Namizədin Rus dilini bilməsi arzu olunandır
  • Təhsil – Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
  • Analitik düşüncə və təhlil bacarığı
  • Peşəsinə yüksək motivasiya ilə yanaşma
  • Səbrli,məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarəti
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti
  • Əmək haqqının hesablanması , ödənilməsi , dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları həyata kecirilməsi və nəzarəti
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına nəzarət
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin aparılması və imzalanması
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli.
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli