İşə qəbul üzrə mütəxəssis

  • Metak
  • Elanın qoyulma tarixi: 23.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Açıq vakansiyaları təhlil etmək, elanları şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkədə yerləşdirmək, işədüzəltmə şirkətləri ilə əlaqə saxlamaq;
  • İşçi tələblərinə əsasən müvafiq elanları hazırlamaq;
  • İşə qəbul funksiyası üçün istifadə olunan sosial şəbəkə hesablarını idarəetmək;
  • İşə qəbul kanallarının idarəolunması və müasir metodların tətbiqini həyata keçirmək;
  • Müxtəlif resurslar üzrə daxil olmuş CV-lərin incələnməsini; 
  • Vakansiyalara uyğun namizədlərin seçim, müsahibə və yerləşdirmə proseslərini həyata keçirmək;
  • Vakansiyalara uyğun namizədlərin ilkin müsahibələrini və test imtahanlarını təşkil etmək;
  • “Açıq qapı”-nın təşkil edilməsi və prosedur üzrə izlənilməsi

Tələblər:

  •  Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Psixologiya və Sosial Elmlər üzrə arzuolunandır).
  •  İşə qəbul və istedadların cəlb edilməsi sahəsində 2 ildən artıq təcrübə.
  •  HR təcrübələri və əmək qanunvericiliyi haqqında anlayış.
  •  Müxtəlif növ müsahibələr aparmaq bacarığı (strukturlaşdırılmış, səriştə əsaslı və s.)

Biz təklif edirik:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş spektri;
  • Böyük peşəkar komanda və mehriban mühit;
  • Rəqabətli əmək haqqı paketi;
  • Korporativ nömrə;
  • Nəqliyyat və nahar.

 

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.