Nəzarət buraxılış məntəqəsinin operatoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Servis mərkəzinə gələn müştəriləri qarşılamaq və onları müvafiq xidmət şöbəsinə yönəltmək;
  • Müştərinin nəqliyyat vasitəsinin texniki pasportunda olan məlumatları yoxlamaq və qeyd olunan məlumatlara əsasən 1C proqramında giriş sənədi yaratmaq;
  • Təmiri yekunlaşmış nəqliyyat vasitəsini yola salmazdan əvvəl giriş sənədində qeyd olunan məlumatların proqramda olan məlumatlarla (müştərinin imzası, servis kartlarının bağlanması, xidmətə görə ödənişin edilib-edilməməsi və s.) uyğunluğunun yoxlanılması.

Tələblər:

  • Ali texniki təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Yaş: 21-25;
  • Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olmalı;
  • Kompüter və ofis texnikasından istifadə etmə bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 450-600 ₼

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində Nəzarət buraxılış məntəqəsinin operatoruqeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.