Biznes proseslərin idarəedilməsi üzrə aparıcı mütəxəssis

  • AzInTelecom
  • Elanın qoyulma tarixi: 22.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:           

  • Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • Biznes proseslər üzrə xəritə və blok-sxemlər hazırlamaq;
  • Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Biznes proseslər üzrə minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint, Outlook, Teams) yaxşı səviyyədə bilməli;
  • Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri şifahi və yazılı kommunikasiya arzuolunandır;
  • Araşdırma, nəticəyə əsaslanma, komanda işi və dinamikanı anlamaq, vaxtın idarəolunması bacarıqları;
  • Güclü analitik və tənqidi düşünmə qabiliyyəti;
  • Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;
  • Davamlı öyrənmə və özünü inkişaf etmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi