Xəzinədarlıq şöbəsinin Rəhbəri

  • SƏBA
  • Elanın qoyulma tarixi: 04.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №50JS/13

 
“SƏBA” şirkətlər qrupu Xəzinədarlıq şöbəsinin Rəhbəri vəzifələrinə işçi axtarışı elan edir.

Əsas vəzifələr:

• Kassa və bank hesablarındakı dövriyyə hesabatları hazırlamaq;
• Mühasibatlıqdan alınmış cədvəl və sənədlər əsasında yerli və xarici kontragentlərə ödənişləri etmək;
• Bank və kassa əməliyyatlarının cash flow məqsədləri üçün 1C-də düzgün təsnifləşdirilməsini yoxlamaq;
• Şirkətlərin nağd vəsait axınının planlaması və gözlənilən vəsait çatışmazlığı barədə tədbirlər görmək;
• Şirkətlərdə bank və kassa qalıqlarının təhlilini aparmaq və likvidliyə nəzarət etmək;
• Şirkətlərarası qarşılıqlı hesablaşmalara nəzarət etmək və Rəhbərliyə təqdim etmək;
• Xəzinədarlıqla bağlı meydana çıxa biləcək risklər və onların mümkün həlli yolları barədə təkliflər vermək.

Əsas tələblər:

• Ali təhsil;
• Mühasibatlıqda və xəzinə idarəedilməsində ən azı 3 il iş təcrübəsi;
• Xəzinədarlıq işinin aparılmasına dair Azərbaycan Respublikasının bütün qanun və hüquqi normativlərindən məlumatlı olmaq;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığına malik olmaq. İngilis dilini bilmək əlavə üstünlük verir;
• MS Office və 1C 7.7 proqramlarında işləmək bacarığına malik olmaq;
• İdarəetmə qabiliyyətinə malik olmaq;
• Analitik təhlil etmə qabiliyyətinə malik olmaq;
• Müvafiq sertifikatların olması əlavə üstünlük sayılır.

Əgər yuxarıda qeyd edilən vəzifələrdə işləmək istəyirsinizsə, CV-nizi 

[email protected]

elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№50JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!