İşin təsviri
Təhsil sahəsində təcrübə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Ayrı-ayrı xidmətlər üzrə inkişaf konsepsiyasının hazırlanması və idarə olunması;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Sosial media üçün həftəlik,aylıq, rüblük post planının hazırlanması;
- Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
- Şirkətin şöbələri arasında xidmət satışı ardıcıllığının qurulması və idarə olunması;
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
- Nəticə yönümlü təhsil marketinqi işinin qurulması;
- Reklamların həftəlik və aylıq hesabatlarının hazırlanması;
- Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək;
Namizədə tələblər:
- Təhsil marketinqi sahəsində 3-5 il iş təcrübəsi; (Mütləqdir)
- Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə);
- Səlist Azərbaydan və ingilis dili bilikləri;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;
- Komandada işləmək bacarığı.
Şərtlər:
- Əmək haqqı: (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq).
- İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00 / Şənbə 10:00 - 16:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
- İş yeri : “StudyLab” Mərkəz Ofis
Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Marketinq mütəxəssisi.”. yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 25 Dekabr, 2023