Strategiya və Biznesin İnkişafı üzrə Direktor

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • Maliyyə və Menecment sahəsində ali təhsil (MBA ixtisasına malik olmasına üstünlük verilir);
  • Müvafiq sahədə ən azı 10 il iş təcrübəsinin olması (o cümlədən 3-5 il rəhbər vəzifədə çalışmaqla);
  • Azərbaycan, ingilis və rus dillərinin səlis biliyi;
  • Bazar və sənaye ilə bağlı biliklərin olması;
  • Kritik maliyyə göstəriciləri barədə məlumatlı olmaq;
  • Azərbaycanda və Xəzər ətrafı bölgələrdə sement biznesi, eləcə də Azərbaycanın tikinti materialları bazarı haqqında ümumi anlayışa malik olmaq;
  • Sement zavodları üçün alternativ yanacaq və bərpa olunan enerji mənbələrindən istifadə prinsiplərini başa düşmək və onların həyata keçirilməsi üçün potensial həllər təklif etmək;

Vəzifə və Öhdəliklər:

  • Fərqli departamentlər arasında strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı və xərclərin azaldılmasına yönəlmiş mühüm layihələri planlaşdırmaq və ona nəzarət etmək;
  • Yuxarı rəhbərliyin bir hissəsi olaraq şirkətin strategiyasını formalaşdırmaq, yeniləmək və həyata keçirmək üçün Rəhbər Heyəti və Direktorlar Şurası ilə əməkdaşlıq etmək;
  • Yeni bazarlara çıxmaq, müştəri ehtiyaclarını ödəmək və qənaət strategiyalarını araşdırmaq imkanlarının müəyyən edilməsi;
  • Biznesin inkişafını dəstəkləmək üçün Azərbaycanda və beynəlxalq miqyasda bazar tendensiyalarını və rəqibləri təhlil etmək;
  • Biznesin inkişafı və strategiya layihələri üçün xarici podratçılar və məsləhətçilər ilə əlaqələri idarə etmək;
  • Müxtəlif departamentlər, layihənin həyata keçirilməsi sponsorları və müxtəlif iş prosesləri ilə bağlı layihə qrupları arasında əlaqə rolunu oynayaraq şirkət strategiyasının inkişafı və yenilənməsini əlaqələndirmək;
  • Departamentin strateji planlarını/yol xəritələrini birləşdirmək və ümumi strateji planı hazırlamaq;
  • Strateji hədəfləri konkret addımlara və büdcəyə çevirmək üçün maliyyə və digər şöbələrlə əlaqə qurmaq;
  • Lazım olduqda qanunverici orqanlar və mühüm şəxslərlə əlaqələri inkişaf etdirmək;
  • Biznesin inkişafına və strateji hədəflərə çatmağa diqqət yetirərək şirkətin xarici kommunikasiya strategiyasına töhvə vermək və nəzərdən keçirmək;
  • Dövri olaraq şirkətin ümumi strategiyasını nəzərdən keçirmək və yeniləmək;
  • Gələcək uğurları təmin etmək məqsədi ilə təşkilatın məqsəd və vəzifələrinə uyğun gələn yeni strateji təşəbbüslər formalaşdırmaq;
  • Biznes inkişafı fəaliyyətləri, fərdlərin və ya komandaların səlahiyyətləndirilməsi ilə bağlı xüsusi öhdəliklərin həvalə edilməsi;
  • Mütəmadi olaraq strateji proqramın ümumi gedişatını yoxlamaq və hər bir strateji təşəbbüsün irəliləyişinin strateji yol xəritəsi ilə uyğunlaşdırılmasını təmin etmək;
  • Strateji KPI-lərin istiqamətləndirilmiş hədəflərə doğru irəliləməsini təmin etmək;
  • İcra Komitəsinin işinin həyata keçirilməsi, qiymətləndirmə və təkliflər vasitəsilə rəhbərlik qərarlarına töhvə vermək;
  • Hər bir layihənin adaptasiyasını təmin etmək, layihələrin idarəçiliyini və hesabat strukturlarını nəzərdən keçirmək və optimallaşdırmaq;

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 03.12.23

İşəgötürənin reytinqi