Maliyyə direktoru

  • ATS Feed
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir
  • Direktorunun tapşırıqlarını icra edir
  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir
  • Büdcə proqnozlarının icrasına nəzarət edir
  • Büdcə proqnozlarının hazırlanmasını və qaydalara uyğun vaxtında təsdiq edilməsinə nəzarət edir
  • Büdcə proqnozlarına dəyişikliklər edilməsini təmin edir
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir
  • İFRS Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır
  • Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir
  • Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir
  • Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir

Vəzifə səriştələri:

  • Planlama və Təşkilatçılıq
  • Risklərin idarəedilməsi
  • Hesabatvermə
  • Hədəf
  • Stresə davamlılıq, səbrlilik
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Qiymətləndirmə bacarığı
  • Maliyyə hesabatları üzrə bilgilər

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar: ACCA
  • Təhsil səviyyəsi: Ali
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı)
  • Kompyuter bilikləri: Word (yaxşı) Excel (əla) 1C ERP (əla)
  • İş təcrübəsi: 5-10 il İstehsalat təcrübəsi
  • Ezamiyyət tələbləri: Balakən, Ağdaş hər ay
  • Fiziki tələblər: Yoxdu
  • İş şəraiti:
  • İş qrafiki: 5 günlük
  • İş ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri “Abşeron Taxıl” MMC
  • Qeyd:Uyğun görüləcək namizəd “ATS FEED” MMC-nin və “Azəryem Sənaye” MMC-nin Maliyyə direktoru təyin ediləcək.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına məktubun mövzu bölməsində, “Maliyyə direktoru” qeyd etməklə göndərə bilərlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.