Fintech Məhsul Sahibi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Fintech müştərilər üzrə gəlirlərinin artırılmasında və təyin edilmiş hədəflərə çatmağa nail olunmasında dəstəyin göstərilməsi;
  • Agile məhsul yaradılma təcrübələri əsasında, squad işinin təmin edilməsi, yeni məhsulların yaradılması
  • Fintech məhsulları üzrə bazar araşdırmaları edilməsi;
  • Fintech müştərilər üzrə yeni məhsualların yaradılması, yeni imkanların dəyərləndirilib icra edilməsi;
  • Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
  • Fintech məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;
  • “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi;
  • Fintech istiqamətinin genişləndirilməsi üzrə trendlərin müəyyən edilməsi, məhsulun missiya və strategiyasının hazırlanması və implementasiyası ;
  • Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi;
  • Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması. Yeni məhsulların hazırlanması və idarə edilməsi ;
  • Məhsulun inkişafı üzrə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Məhsul üzrə formalaşa biləcək Risk, Audit və Komplayns pozulmalarına cavabdehdir;
  • Funksional sahə lideri və Hesab və ödəniş xidmətləri üzrə lider tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar;
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq;
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.

Sizdən nə tələb olunur?

  • Təhsil: Bakalavr təhsili (Maliyyə, iqtisadiyyat və ya Data Elmi varzuolunandır);
  • Tələb olunan iş təcrübəsi: 1-3 il;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: Bazarda olan Fintech məhsulları;
  • Başqa tələblər: Məhsul idarə edilməsi və Agile idarəetmə üzrə sertifikatlar arzuolunandır.

İşəgötürənin reytinqi