Mühasib köməkçisi

  • Makro 2000
  • Elanın qoyulma tarixi: 18.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Elektron qaimə fakturaların, təhvil-təslim aktlarının, hesab-faktura, qiymət razılaşdırılma protokollarının tərtibi,
  • Gələn elektron qaimə fakturaların ilkin sənədlərə əsasən yoxlanılması.
  • Bank, ƏDV subuçot hesabından ödənişlərin həyata keçirilməsi
  • Müqavilələri və digər sənədləri tərtib etmək; 
  • Hesablar, qaimələr, ödəniş tapşırıqlarını və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
  • Üzləşmə aktı hazırlamaq;
  • Mühasibatlıqla əlaqəli işləri şirkətin daxili proqramına işlənməsi;

Tələblər:

  • Xanım namizədlərə üstünlük verilir
  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1-3 illik iş təcrübəsi
  • Office proqramlarında, əsasən Excel və Word proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır 
  • Məsuliyyətli və işində dəqiq
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Kollektivdə  işləmə bacarığı olan
  • Analitik yanaşma qabiliyyəti

İş haqqında məlumat:

  • Endirimli tibb xidməti
  • Əmək müqaviləsi əsasında rəsmiləşdirmə
  • İş yeri Bakı 
  • Əmək haqqı 500 Azn
  • Sınaq müddəti 1 ay (sınaq müddətində əmək haqqı ödənilir)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.