İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üçün interyer və eksteryer dizaynlarının hazırlanması.Layihələrin eskiz, işçi və təsvir sənədlərinin hazırlanması.
- Layihələrin memarlıq standartlarına və müştəri tələblərinə uyğun olaraq işlənilməsi.
- Layihələrin, 3D modellərin və vizualizasiya təqdimatlarının hazırlanması.
- Müştərilərlə görüşlərdə iştirak və onların dizayn tələblərinin öyrənilməsi.
- Tikinti komandası ilə sıx əməkdaşlıq edərək layihənin həyata keçirilməsinə nəzarət.
Tələblər:
- Memarlıq, tikinti və ya dizayn sahəsində ali təhsil.
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- AutoCAD, SketchUp, 3ds Max, Revit, Lumion, və/və ya digər dizayn proqramlarını yüksək səviyyədə bilmək.
- Tikinti normativləri və standartları barədə biliklər.
- Texniki layihələrin hazırlanması təcrübəsi.
- Yaradıcılıq, detallara diqqət və estetik zövqlü olması.
- Komandada işləmə və vaxtında iş təhvil vermə bacarığı.
İş şərtləri:
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir).
- Könüllü Tibbi Sığorta.
- Korperativ nömrə.
- İş qrafiki: Həftə içi 6 gün,
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Dizayner” yazaraq eletkron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.