Bakı-Böyük Kəsik layihəsi üzrə SƏTƏMM mütəxəssis

İşin təsviri

Əmək haqqı: 800 AZN

İş şəraiti:

  • İş yeri: Bakı-Böyük Kəsik layihəsi,Tovuz, Goran və Poylu yarımstansiyası
  • 6 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi qaydalarına nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq;
  • Müəssisədə sanitar texniki vəziyyətin yoxlanılmasına nəzarət etmək;
  • Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün kompleks planların hazırlanmasını təşkil etmək;
  • İşə qəbul edilənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərinin həll edilməsində köməklik göstərmək;
  • İstehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimatın keçilməsini təmin etmək;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini təmin etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
  • SƏTƏMM üzrə təlimatların hazırlanmasında iştirak etmək;
  • İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və önləyici tədbirləərin görülməsini təmin etmək;
  • Yüksək gərginlikli elektrik xətlərində görülən işlərin elektrik təhlükəsizlik qaydalarına uyğun formada aparılmasına nəzarət

Tələblər:

  • Ali təhsili;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Elektrik təhlükəsizliyi sertifikatı arzuolunandır.
  • Problemləri həll etmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Kargüzarlıq qaydaları haqqında biliklər;
  • Ünsiyyət qurma bacarığı;
  • MS Office  proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);
  • Layihəyə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Bakı-Böyük Kəsik layihəsi üzrə SƏTƏMM mütəxəssisi”göstərin.