Maliyyə və Mühasibatlıq Departamentinə Baş Mütəxəssis

İşin təsviri

“Vijn Fond AzərKredit” MMC Baş Ofisin Maliyyə və Mühasibatlıq Departamentinə Baş Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosfer, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur.

AzərKredit hazırda Baş Ofisin Maliyyə və Mühasibatlıq Departamentinə Baş Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

Nəzarət sahəsində:

• Filial və nümayəndəliklərdə mühasibat uçotunun aparılmasına nəzarət;
• Baş Ofisdə həyata keçirilən təsərrüfat əməliyyatlarının uçotunun aparılması;  
• Baş Ofisin kassa kitabına və kassa qalığına nəzarət;
• İnvestorlarla hesablashmaların uçotu və nəzarəti;
• Təşkilata məxsus minik avtomobillərinin sığorta təminatına nəzarət;
• Debitor və kreditorlarla hesablaşmalara nəzarət;

Hesabatvermə və icraat sahəsində:

• Maliyyə idarəetməsi ilə əlaqədar prosedura və təlimatların hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
• Büdcə hazırlanması prosesində iştirak etmək ;
• Daxili və xarici audit prosesinə dəstək;
• Əmək haqqı, ona bərabər tutulan digər ödənişlərin və müavinətlərin hesablanması;
• Maliyyə-mühasibat sənədlərinin qorunub saxlanması;
• Aylıq portfel hesabatının hazırlanması;
• Dövri vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının   hazırlanması və qanunverciliklə tələb olunan vaxtadək təqdim olunması;
• AR Mərkəzi Bankına tələb olunan hesabatların və digər məlumatların təqdim olunması;  
• İşçilərin əmək haqqları barədə digər məlumatların hazırlanması
• Xidmət müqavilələri üzrə ödənişlərin hesablanması;
• Filial və şöbələrdən onların fəaliyyətini əks etdirən uçot informasiyalarının alınıb yoxlanması;
• Filial və şöbələrdən alınmış uçot informasiyalarına əlavə və düzəlişlər etməklə onların mühasibat proqramına (Sun System) daxil edilməsi;
• Əsas vəsait və qeyri-maddi aktivlərin uçotunun aparılması və amortizasiyanın/köhnəlməsinin hesablanması;
• Təsdiq olunmuş ödənişlərin müvafiq qaydada icra olunması; 
• Avtomaşınların yanacaq kartı ilə əlaqədar olaraq sifarişlərin və yükləmələrin yerinə yetirilməsi və müvafiq dəyişikliklərin edilməsi
• Bütün filial və şöbələrin kassa və bank hesablarının hər ayın sonuna olan qalığının yoxlanılması;
• Dövri maliyyə və digər hesabatların hazırlanması;
• Filial və şöbələrin kassa sənədləri (nömrələnmiş kassa kitabı, kassa mədaxil orderi, kassa məxaric orderi və aliş üçün sifariş forması) və kassa ştampları ilə təmin olunması;
• Mal və qiymətlilərin alınması ilə əlaqədar vəkalətnamələrin yazılması;

Məsuliyyətləri

• Mühasibat uçotunun aparılmasına dair normativ qaydalara və metodoloji göstərişlərə əməl etmək.
• Cavabdeh olduğu sənədlərin qorunub saxlanmasını təmin etmək;
• Təşkilatdaxili qaydalara uyğun işini təşkil edir.
• Ofis daxilində səliqə-səhman və təmizliyin qorunmasına riayət etmək;
• Daha effektiv iş qurmaq məqsədi ilə təkliflər vermək
• Təşkilatın əmlakının, avadanlıqlarından müvafiq qaydada istifadə etmək və qorumaq;
• İş bacarıqlarınıq və qabiliyyətdərini inkişaf etdirmək üçün təşkilat tərəfindən təşkil edilmiş treninqlərdə iştirak etmək;
• İştirak etdiyi təlim mövzuları üzrə materialları təşkilata təqdim etmək;
• İştirak etdiyi təlimlərin ötürülməsini təmin etmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Mühasibat sahəsində ən az 2 il iş təcrübəsi;
• Mühasibat uçotunun aparılmasına dair normativ qaydaları və metodoloji göstərişləri bilmək;
• Microsoft Office proqramlarında işləmək qabiliyyəti;
• AR Vergi və Əmək qanunvericiliyini bilmək;
• Regionlara səfərlərə getməlk imkanı;
• Azərbaycan, İngilis dillərində müvafiq səviyyədə danışıq qabiliyyəti,
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək qabiliyyətinə malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Təşkilatın missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
• Vəziyyəti düzgün qimətləndirmək və qərar qəbul etmək;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Fərdi və komanda şəklində işləmək.

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır.

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 17 noyabr 2013-ci il tarixinədək təqdim etsinlər.

AzərKredit-in iş üçün elektron anket formaları aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Maliyyə və Mühasibatlıq Departamentinə Baş Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];

Faks:  +99412 597 30 39