Hüquq məsləhətçisi

İşin təsviri

Təsvir:

  • Şirkətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərini tənzimləmək;
  • Müqavilə layihələr hazırlamaq, şirkətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək;
  • Bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında Şirkəti təmsil etmək, daxili normativ sənədləri hazırlamaq, yeniləmək, saxlamaq, biznes proseslərinə uyğunlaşdırmaq; 
  • Şirkət daxili şöbələrin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək;
  • Qəbul edilən sorğulara hüquqi rəy vermək, müvafiq orqan, idarə və təşkilatlara sorğular hazırlamaq;
  • Daxili prosedurların, qaydaların, təlimatların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək. 

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti;
  • Müvafiq sahədə minimum 3 il iş stajı ;
  • Mövcud qanunvericilikləri bilmək;
  • Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word);
  • Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Sosial imtiyazlar:

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Ödənişli məzuniyyət