Hidravlik usta

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
  • Avadanlıqların hidravlika sahəsində  baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
  • Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.                   
  • Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında,təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında,ehtiyat hissələrinin və materialların alınması üçün siyahılarınhazırlanmasında iştirak edir.
  • İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir.           
  • FPTM-də və induksiya sobalarında  hidronasos və  hidroakumulyator stansiyalarının işini idarə edir.
  • Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir.
  • Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
  • Yağ nasoslarının  təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir.
  • Hidravlik sisteminin stabil işini təmin edir.
  • Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır.
  • Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurur.
  • Təkrar soyutma roliklərinin yağlanmasını təmin edir.
  • Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
  • İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
  • Təmir briqadalarının işçilərinə rəhbərlik edir.        
  • İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
  • Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.     
  • Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.    
  • İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
  • Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik 
  • Qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir.       
  • Sas vəsaitlərin inventarizasiyasında iştirak edir, köhnəlmiş avadanlıqların, əsaslı təmir tələb olunan obyektlərin  təmirində ştirak edir.           
  • Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir.  
  • İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.       
  • Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir