Maliyyə mütəxəssisi

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Maliyyə və maliyyənin idarə olunmasının təhlili üzrə mütəxəssis vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Müvafiq sahə üzrə ali təhsil. Xaricdə təhsil alanlara üstünlük veriləcək.
 Müvafiq sahə üzrə azı üç illik iştəcrübəsi. Üstünlük bu sahədə beynəlxalq təcrübəyə malik olan namizədlərə veriləcək.
 MS Office proqramlarından və internetdən istifadə bacarığı
 Azərbaycan dili ana dili olmaqla, rus və ingilis dillərində sərbəst danışma bacarığı

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Maliyyə resurslarının idarə olunmasının peşəkarcasına təhlili bacarığı
• Şirkətdaxili maliyyə risqlərinin və böhranının qarşısının alınması üçün müvafiq maliyyə təhlillərinin aparılması bacarığı
• Komandada işləmə və şəxsiyyətlərarası münasibətlərin qurulması bacarığı
• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi ünsiyyət qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə

İşin təsviri:

1. Sərmayə qərarları vermək üçün şirkətin işinin və iqtisadi vəziyyətinə dair proqnozlar hazırlamaq məqsədilə, maliyyə məlumatlarının təhlili;
2. Büdcənin tərtibi, təhlili, gəlirlər və xərclərin təhlili;
3. Müxtəlif maliyyə mənbələrinə dair məlumatı toplayaraq, müvafiq hesabatlar hazırlamaq;
4. İnvestisiya proqramlarına təsir edəcək məlumatın (məsələn, inflyasiya, maliyyə sabitliyi, sərmayə risklərinin gələcək meylləri, iqtisadi təsir və s.) təhlili;
5. Sənaye texnologiyası, biznes, maliyyə və iqtisadi nəzəriyyə sahələrindəki irəliləyişlərə dair məlumatlı olmaq;
6. Maliyyə nəşrlərində və xidmətlərindən, investisiya məsələləri üzrə şirkətlər, dövlət qurumlarının hesabatlarından və maliyyə məsələləri üzrə mütəxəssislərin müsahibələrindən əldə edilən məlumatların təhlili vasitəsilə fundament ali qtisadi, sənaye və korporativ artımın monitorinqinin təşkili;
7. Maliyyənin təhlili əsasında hazırlanmış investisiya ehtiyacları üçün fəaliyyət planı hazırlamaq;
8. Ümumi iqtisadi meyllər, fərdi şirkətlər və müssisələrə dair yazılı və şifahi hesabatlar hazırlamaq;
9. Sərmayə mənbələri aşkarlayaraq, şirkətə müvafiq təkliflər vermək.

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.

Sənədlər 15 noyabr 2013-ci il tarixədək qəbul ediləcəkdir.

İşəgötürənin reytinqi