Şəbəkə administratoru

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud “NG Firewall”-ların administrasiyası;
  • Şəbəkə avadanlıqların sazlanması və idarə edilməsi;
  • RADIUS və TACAS+ serverlərinin administrasiyası və monitorinqi;
  • Şəbəkə avadanlıqlarının fiziki quraşdırılması və dəyişdirilməsi;
  • Kabellər, şəbəkə yuvası və s. ilə bağlı fiziki işlərin yerinə yetirilməsi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyinin təmini;
  • VPN rabitəsinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə digər tapşırıqların icrası.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (təhsil aidiyyatı sahə üzrə arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Konvergent IP şəbəkələri WLAN, WAN, LAN, VPN/Firewall kimi şəbəkə infrastrukturları haqqında biliklər və onların tətbiqi;
  • AAA, RADIUS, TACACS+ barədə biliklər;
  • Yeni nəsil firewall-lar (NGFW) barədə biliklər;
  • BGP, EIGRP, OSPF, kimi şəbəkə kommunikasiya protokolları haqqında biliklər və onların tətbiqi;
  • VPNs, SD-WAN, VXLAN kimi şəbəkə topologiyaları haqqında biliklər və onların tətbiqi;
  • Data Center Switch haqqında biliklər və onların tətbiqi;
  • 2-ci, 3-cü təbəqə şəbəkə təhlükəsizliyi barədə biliklər və onların tətbiqi;
  • Monitorinq sistemi üzrə biliklər;
  • Şəbəkə topologiyasının planlaşdırılması, optimallaşdırılması və tətbiqinə nəzarət edilməsi üzrə bilik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Şəbəkə administratoru qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi