Satış üzrə mütəxəssis (call center)

  • Leznik&Co
  • Elanın qoyulma tarixi: 11.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədin öhdəlikləri:

  • Telefon, e-mail və whatsapp vasitəsi ilə müştərilərdən daxil olan bütün sorğuların cavablandırılması; 
  • Sosial şəbəkələrdən daxil olan məlumata əsasən müştərilərlə əlaqənin saxlanılması və sorğuya əsasən müvafiq məlumatın verilməsi; 
  • Müraciət edən bütün müştərilərin müvafiq məlumatlarının bazaya daxil edilməsi; 
  • Potensial müştərilərlə ilkin satış mərhələsinin həyata keçirilməsi;  
  • Mütəmadi olaraq bazada olan potensial müştərilər ilə əlaqənin saxlanılması; 
  • Müştəriyə daha ətraflı məlumat vermək məqsədilə, onun xaricdə təhsil (education abroad) departamenti ilə əlaqələndirilməsi. 

Tələblər:

  • Ali təhsil; 
  • Müvafiq sahədə bir ildən az olmayaraq iş təcrübəsi; 
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək və qrammatik düzgün yazının olması; 
  • İngilis dili – arzuolunandır; 
  • Satış bacarığı; 
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil; 
  • Kompüter bilikləri: MS Office proqramları; 
  • Təşkilatçılıq qabiliyyəti; 
  • Zamanın idarə olunması və ünsiyyət/kommunikasiya bacarıqları. 

Təqdim etdiyimiz iş şərtləri: 

  • Leznik&Co. ofisində (Ağ şəhər filialı) individual iş yeri; 
  • Stabil, gecikməyən əmək haqqı; 
  • Mütəmadi təlimlər;
  • Professional karyera inkişafı üçün mükəmməl perspektiv; 
  • İş qrafiki: 6 günlük iş rejimi 
  • I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Uyğun namizədlər CV-lərini mail ünvanına göndərə bilərlər.