Müştəri müraciətlərinin araşdırılması şöbəsinin meneceri

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 07.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müxtəlif kanallar vasitəsilə banka daxil olmuş şikayətləri, sorğuları və müraciətlərin həlli standartlarının yaradılması, müvafiq departamentlər tərəfindən icrasına nəzarət və monitorinqini təmin edilməsi
  • Daxil olmuş şikayətlərin, sorğuların və müraciətlərin bankın adiyyatı struktur bölmələrinə yönəldilməsinə, statuslarına və lazımi araşdırmalar aparmaq nəticəsində həmin müraciətlərin qanunvericiliklə təyin edilmiş müddət ərzində cavablandırılmasına nəzarət edilməsi
  • Daxil olan şikayət,sorğu və müraciətləri qruplaşdırmaqla müxtəlif yönümlü statistik hesabatların hazırlanması
  • Şöbə əməkdaşları arasında vəzifə bölgüsünün aparılması

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • Bakalavr
  • Azərbaycan dili, Rus dili
  • Yüksək gərginlikli iş rejimində işləmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Çeviklik və uyğunlaşma bacarığı
  • Analitik düşüncə və analiz qabiliyyəti
  • Müştəri yönümlü olmaq

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • İmtahan 
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları.

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

İşəgötürənin reytinqi