Biznes prosesləri üzrə baş mütəxəssis

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 07.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Prosedurların təsdiqi, elan edilməsi və arxivləşdirilməsi proseslərinin idarə edilməsi;
  • Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • Biznes proseslərinin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
  • İş axışlarının “AS IS” və “TO BE” modellərin tərtib edilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Proses xəritələrinin və iş təsvirlərinin yaradılması, istifadəçilərin proses haqqında maarifləndirilməsi;
  • Proseslərin planlaşdırılması, effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, monitorinqin və təkmilləşdirmənin həyata keçirilməsi;
  • Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi və sorğu əsasında hesabatın təqdim edilməsi.
  • İş fəaliyyəti ilə əlaqədar əzamiyyələrin təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Biznesin İdarə olunması üzrə ali təhsil arzuolunandır);
  • Biznes proseslərinin idarə olunması üzrə və yaxud biznes konsultantlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Səlis azərbaycan dili biliyi, orta rus dili və ingilis dili biliyi;
  • “Microsoft Office” (Excel, Word, Visio);
  • “ERP” proqram təminatında istifadə təcrübəsi və “ERP” proqram təminatının quraşdırılması təcrübəsi arzuolunandır;
  • “ESD” proqram təminatında istifadə təcrübəsi və “ESD” proqram təminatının quraşdırılması təcrübəsi arzuolunandır;
  • Fərqli biznes sahələrində iş təcrübəsi.

İş şəraiti:

  • İş günləri: 5 iş günü, 2 gün istirahət;
  • İş yeri: Baş ofis.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi