Sətəm Mütəxəssisi (Ağcabədi filialı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SƏTƏM məsələləri üzrə müəssisənin bölmələrinin rəhbərlərindən müvafiq sənədlər tələb etmək, əməyin mühafizəsi üzrə normativ hüquqi aktları pozanlardan yazılı izahat tələb etmək;
  • Müəyyən olunmuş qaydada SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və ya SƏTƏM üzrə qaydaları, normaları və təlimatları kobud surətdə pozan işçilərin iş yerindən kənarlaşdırılmasını bölmə rəhbərlərindən tələb etmək;
  • Cəmiyyətin müəyyən bölmə kollektivinin və ya ayrı-ayrı işçilərin əməyin mühafizəsi işində fəal iştirak etmələrinə görə mükafatlandırılmaları haqqında rəhbərliyə təklif vermək;
  • SƏTƏM qaydalarını kobud surətdə pozmuş işçilərin inzibati məsuliyyətə cəlb olunmaları haqqında rəhbərliyə təklif/rəy vermək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsində, bu amillərin parametrlərinin ölçülməsinin təşkilində, əməyin mühafizəsi tələblərinə uyğun olaraq iş yerlərinin və istehsalat avadanlıqlarının attestasiyasının keçirilməsində, sertifikatlaşdırılmasında müəssisənin bölmələrinə köməklik göstərmək;
  • Cəmiyyətin rəhbərinin göstərişi əsasında iş yerində əmək şəraitinin vəziyyəti, baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, onların əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə görülmüş tədbirlər haqqında işçilərə informasiya vermək;
  • Yeni işə qəbul olunanlarla, ezamiyyətdən gələnlərlə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə SƏTƏM üzrə giriş təlimatlandırılmasının proqramını hazırlamaq və təlimatları keçirmək;
  • Cəmiyyətin bölmələrinin SƏTƏM üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunması ,əməyin mühafizəsi guşələrinin yaradılması, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasına metodiki köməklik göstərmək;
  • Avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə nəzarət etmək;
  • Cəmiyyətin bölmələrində əmək şəraitini və əməyin mühafizəsi üzrə vəziyyəti yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq üçün səlahiyyətli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək, həmçinin uyğunsuzluqların aradan qaldırılması üçün bu göstərişlərdə qeyd olunan tələblərin yerinə yetirilməsinə dair təsdiq olunmuş akt tərtib etmək,
  • Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq,

Tələblər:

  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • İstehsalatda bədbəxt hadisələrin analizi qaydaları və həmin hadisələrin qarşısının alınması üçün tədbirlər planının hazırlanma qaydalarını bilməli;
  • İstehsalatda ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün tədbirlərin hazırlanması qaydalarını bilməli;
  • İş yerlərində giriş və əməyin mühafizəsi üçün tələb olunan digər təlimatların keçirilməsi qaydalarını bilməli;
  • Qaynaq və digər tikinti quraşdırma işlərinin təhlükəsiz yerinə yetirmə qaydalarını bilməli;
  • Qazanların, qaz xətlərinin, elektrik xətlərinin və digər enerji daşıyıcıları sistemlərinin təhlükəsiz istismar qaydaları bilməli;
  • Yanğından mühafizə qaydaları və yanğından mühafizə tədbirlərinin hazırlanma qaydaları bilməli;
  • Yanğın təhlükəsizliyi və yanğınsöndürənlərin sinifləri haqqında məlumatlı olmalı;

İş ünvanı – Ağcabədi

Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Sətəm üzrə Mütəxəssis-Ağcabədi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.