Mühəndis-konstruktor

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 23.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Mühəndis-konstruktor

Tələblər:

- İnşaat mühəndisliyi üzrə ali təhsil,
- İnşaat sektorunda ən az 3 il iş təcrübəsi,
- Autocad, Lira, MS Office proqramlarında işləyə bilməli,
- İnşaat norma ve qaydalarını bilməlidir,
- Layihələşdirmənin metodlarını bilməlidir,
- Layihə işlərinin təşkili və planlaşdırılmasını bilməlidir,
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməlidir,
- Tikinti materiallarının və konstruksiyalarınn xüsusiyyətlərini bilməlidir,
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir,
- Müəllif nəzarətini yerinə yetirə bilməlidir,
- Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.

İş haqqında:

- Dəmir - beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsinin təşkili,
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması
- Qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrinin yerinə yetirilməsi,
- Təmir - tikinti işləri üçün layihə sənədlərinin hazırlanması,
- Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsi,
- Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparar. Gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması,

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Mühəndis-konstruktor” yazaraq [email protected]  ünvanına göndərməsi xahiş olunur.

 

İşəgötürənin reytinqi