Treyd (Ti̇cari̇) Marketinq Meneceri̇

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin Ticari Marketinq strategiyasının hazırlanmasını və icrasını təmin etmək;
  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, müxtəlif  kanallar vasitəsi ilə kommunikasiya və koordinasiyasını reallaşdırmaq;
  • Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirtmək;
  • Aylıq ticari marketinq büdcəsinin təyini icrası və hesbabatlılığının təmin etmək. Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz və təhlilini hazırlamaq;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak etmək.
  • Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyaları həyata keçirtmək;
  • Ticari Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Hədəf auditoriyasının ehtiyacları və istəklərini təyin etmək;
  • Qiymət siyasəti plonagram və merçendayzinq tələblərini hazırlamaq;
  • Məhsul kateqoriyalarını effektiv idarə etmək;
  • Ümumi dövriyyəni, ayrı–ayrı markaların, kateqoriyaların satışını artırmaq üçün alətlər hazırlamaq.

Tələblər:

  • Azərbaycan dili mükəmməl (ingilis və rus dili arzuolunandır) olmalı;
  • Yüksək səviyyədə kompüter bilgiləri (MS Office, əsasən excel) olmalı;
  • FMCG sektorunda ən azı 3 il iş təcrübəsi olmalı;
  • İçki sektorunda iş təcrübəsi arzuolunandır;
  • Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi, problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalıdır.

Digər məlumatlar:

  • 5 günlük iş qrafiki; 
  • Əmək haqqı namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerində "Ticari marketinq meneceri" yazmaqla e-mail ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.

İşəgötürənin reytinqi