Baş maliyyə analitiki

  • PMD Group
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Aylıq olaraq Qrup və alt şirkətlərin maliyyə nəticələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
  • Aylıq olaraq İdarəetmə uçotu üçün Konsolidasiya edilmiş maliyyə hesablarının hazırlanması və təqdimatı
  • Faktiki aylıq və büdcə nəticələri arasında fərqlərin araşdırılması və analitik izahların təqdim edilməsi
  • Qrup üçün maliyyə siyasətlərinin və prosedurlarının hazırlanmasında iştirak etmək
  • Maliyyə hesabatlarının beynəlxalq standartına (MHBS) əsasən hazırlanacaq maliyyə hesabatları üçün lazımi standartların tətbiqi və maliyyə hesabatlarının hazırlanması
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi
  • Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının və kordinasiyasının təmin edilməsi
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək
  • Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

Tələblər:

  • Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat) üzrə ali təhsil
  • Büdcə, hesabatlılıq və ya audit sahələrində minimum 3 il iş təcrübəsi, Böyük 4-lük (Big4) audit şirkətlərində təcrübə arzuolunandır
  • MHBS əsasən maliyyə hesabatlarıın hazırlanmasında təcrübəyə malik olmaq
  • ACCA sertifikatların olması (ilkin tələb olunan sertifikatlar F2, F3, F7)
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı
  • Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı
  • 1C Mühasibatlıq proqramı üzrə biliklərin olması
  • Yüksək təqdimat və komandada işləmək bacarığı
  • Yüksək analitik düşüncə bacarığı

İşəgötürənin reytinqi