Xarici satınalma və logistika üzrə mütəxəssis

  • Lumegrand
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Minimum 2 il müvafiq  sahədə iş təcrübəsi ;
  • Ali təhsil; 
  • İngilis-dili biliyi, rus dili biliyi mütləqdir;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • 1C 8.3 proqramında işləmə bacarığı;
  • Gömrük bəyənnamələri və nəqliyyat sənədlərinin tərtibini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Xarici şirkətlərlə yazılı və şifahi danışıqların aparılması
  • Təchizat sifarişlərinin idarə edilməsi (sifarişlərin yerləşdirilməsi, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • İdxal və ixrac daşımaları üzrə əlverişli hərəkət marşurutlarının müəyyən edilməsi, optimal marşrut xəttlərinin seçilməsi və daşınmanın təşkil edilməsi;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Tələb olunan malların/xidmətlərin alışını müvafiq 1C proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
  • Yükün daşıma statusu haqqında məlumatın mütəmadi yeniləmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyəti məsələlər ilə bağlı müraciətlər etmək;

İş qrafiki: 09:00-18:00 bazar ertəsi-cümə tam iş günü.

Şənbə yarı iş günü. 10:00-14:00

İş yeri: Həsən Əliyev küçəsi

Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Xarici satınalma və logistika üzrə mütəxəssis” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.