Biznesə təsiri təmin etmək üçün müştəri yönümlü rəqəmsal məhsulların təqdim edilməsi və çoxsahəli funksiyaya malik komandaların idarəedilməsi;
Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması.
Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili
Məhsullar üçün qəbul meyarlarının yaradılması
Müştəri yol xəritəsinin və məhsulların yol xəritəsinin yaradılması
Məhsul üzrə biznes keysin tərtib edilməsi
Məhsulların yaradılmasına görə məsuliyyət. Yeni və mövcud məhsulların dəyərinin artırılması. Yüksək müştəri məmnuniyyətini təmin edilməsinə yönəldilmiş fəaliyyəti, əsas biznes problemlərinin həll edilməsi;
Fərdi müştərilər seqmenti üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə koordinasiya edilməsi
Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin proqnozlarının verilməsi
Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişafı təcrubəsinin öyrənilməsi
Biznes işinin təşkil edilməsi (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
Fərdi müştərilər üçün olan məhsul pasportlarının, təlimatların və proseslərin hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
Üçüncü tərəflər ilə ən münasib olan şərtlərin razılaşdırılması
Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırmasında və büdcələşdirməsində iştirak
Digər məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq və mümkün dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
Təcrübə: Biznes və ya İT sahəsində 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatların sahiblərinə üstünlük verilir
Xarici dil: İngilis dili (səlis), rus dili (üstünlük)
Məhsul üzrə biliklər:
Güclü analitik bacarıqlar
Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarığı
Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi
MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi
Kartla ödəniş infrastrukturu haqqında biliklər
Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarə edilməsi və kart sistemləri üzrə normativ baza bilikləri
Bank prosesləri haqqında ümumi biliklər
PCI DSS standartları haqqında ümumi məlumat
Kart məhsullarının satışa çıxarılması üzrə təcrübəyə üstünlük verilir
Agile düşüncə tərzi
Bazar üzrə biliklər:
Ölkədaxili və ölkə xarici kart bazarı üzrə biliklər
Bazarda olan qeyri kredit məhsullar haqqında biliklər