Biznes Analitik

  • AZSOFTWARE SYSTEM
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Təşkilatlarda İnformasiya texnologiyaları (İT) sistemlərini və proseslərini təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
  • İT sistemlərinin layihələndirilməsi və saxlanılmasına cavabdeh olan texniki qruplarla kommunikasiyalı şəkildə işləməklə, tələb və istəkləri toplayaraq təşkilatın mövcud imkanlarını nəzərə almaqla modelləşdirmə alətləri və təhlil metodları vasitəsi ilə prosesləri təsvir etmək;
  • İT layihələrin planların hazırlanmasına və təkmilləşdirilməsinə dair təklifləri, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
  • Təşkilatın strategiyasını, fəaliyyət istiqamətlərini və bazar yanaşmalarını analiz etməklə rəqəmsallaşma proseslərin təyin etmək;
  • Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla sahə üzrə araşdırmalar aparmaq;
  • Biznes proseslərin analizi, use-case və digər diaqramlar əsasında tələblərin təyin edilməsi, biznes analistlər üçün effektiv ünsiyyət formasının, biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT komandalarla ilə əməkdaşlıq etmək;
  • Layihə menecerləri, məhsul sahibi, İT yazılım komandaları və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
  • Texniki məlumatların qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
  • Müvafiq sahə üzrə qanunvericilik və normativ aktları təhlil etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Texniki biliklər (Proqram təminatının arxitekturası, Verilənlər bazası, UI/UX dizayn, Proqram təminatları), "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN müasir alətlərdən bir və ya bir neçəsi üzrə praktiki bacarıqlara malik olması;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, peşəkar təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olması;
  • Analitik düşüncə və detallara diqqət bacarığı;
  • İngilis dili biliyi – yüksək texniki səviyyədə; Rus dili biliyi - orta səviyyədə;
  • Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.

Əmək haqqı: 1800-2000 AZN.

AZSOFTWARE SYSTEM tərəfindən digər vakansiyalar