SƏTƏM üzrə mütəxəssis (Mingəçevir)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • Müəssisənin ərazisində xüsusi yanğından mühafizə vasitələrinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
  • Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir; 
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir; 
  • İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook)bilikləri.

Səriştələr: 

  • Məsuliyyətlilik;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Altı günlük iş həftəsi
  • İş yeri: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 69

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin pambıq iplik istehsalçısı olan “Mingəçevir Tekstil” MMC-də karyeranızı davam etdirmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə CVlərinizi mövzu hissəsində "SƏTƏM üzrə mütəxəssis" qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.