Maliyyə Hesabatları və Büdcə üzrə Baş Mütəxəssis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
  • Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.

Tələb olunan kompetensiyalar:

  • Analitik düşüncə;
  • Effektiv kommunikasiya;
  • Vaxtın düzgün idarə edilməsi;
  • Müştəriyönümlülük
  • Davamlı inkişaf
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Bütövlük

Vəzifə və Öhdəliklər:

  • Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanması;
  • Hesabatların məzmununun yoxlanılması və yekun nəticələrin hazırlanması;
  • Hesabatların beynəlxalq standartlara və yerli qanunvericiliklə uyğunluğunun yoxlanılması;
  • Şirkətin maliyyə performansının izlənilməsi və şirkətin strateji məqsədlərinə uyğun olub-olmadığının qiymətləndirilməsi;
  • Maliyyə hesabatları ilə bağlı məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi;
  • Audit və rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi;
  • Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi;
  • Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi;
  • İşin aparılmasında qanunvericilik tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi;
  • Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı;
  • Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi;
  • İllik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi;
  • Büdcə ilə bağlı məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Büdcənin uyğunluğunun izlənilməsi və varsa problemlərin araşdırılması və aradan qaldırılması;
  • Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması;
  • Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması;
  • Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması və məlumatların əhatəli təhlilinin təmin edilməsi;
  • Xarici audit materiallarının hazırlanmasının koordinasiyası, xarici maliyyə hesabatı, xarici auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması;
  • Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi;
  • Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması;
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili;

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 06.11.23

İşəgötürənin reytinqi